Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Virtual reallıq meditasiya etməyə kömək edəcək

Virtual reallıq meditasiya etməyə kömək edəcək

Bu il dünya əlavə və virtual reallıq bazarının həcmi 14 milyard dollaradək artacaq (14 Mart 2017 17:35)
IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq (06 Mart 2017 13:52)
Rusiyanın virtual reallıq bazarında satışlar artdı (04 Mart 2017 09:05)

Tarix: 26 Noyabr 2016 12:35

Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın “Provata Health” şirkəti “iOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiya yönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, virtual reallıq cihazını başına geyinən istifadəçi "iPhone" qurğusunda proqramı işə salaraq 360 dərəcəli "sakitləşdirici vizual mühit”ə yüklənir. "Sözügedən proqramın köməyi ilə siz dünyanın heyranedici yerlərinə səyahət edirsiniz" – tərtibatçılar yazırlar.
 
“Provata Health” şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, onun şirkətinin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.
 
Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. “Provata VR” cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.
 
Emil Hüseynov



Teqlər:  Virtual reallıq meditasiya etməyə kömək edəcək



RƏYLƏR


Top xəbərlər