140 həbi corabında gizlətdi - FOTO

140 həbi corabında gizlətdi - FOTO
12:47 26 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb "T-Dol-200" 200 mg, 50 həb "Tamol-XX" 200 mg, 30 həb "Timo-Doll" 200 mg və 20 həb "Tee-Dol-200" 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.

Məlumat üçün bildiririk ki, adı çəkilən dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR