Gömrük postunda bədbəxt hadisə: Türkiyə vətəndaşı öldü

Gömrük postunda bədbəxt hadisə: Türkiyə vətəndaşı öldü
13:04 26 Noyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşı gömrük postunda ölüb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada keçid xəttində Gürcüstandan respublikamıza gələn 1952-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ilkin yardım göstərib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşı xilas etmək mümkün olmayıb.

 

Tibbi personalın verdiyi ilkin rəyə əsasən Türkiyə Respublikasının vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR