Anası və atası ölən əsgər şəhid oldu - FOTO

Anası və atası ölən əsgər şəhid oldu - FOTO
13:05 26 Noyabr 2016
248 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın şimalında aparılan "Fərat qalxanı" əməliyyatı çərçivəsində çavuş Kader Acar şəhid olub.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, sözügedən əməliyyat zamanı şəhid olanların ümumi sayı 18-ə çatıb.

Əməliyyat zamanı dünən şəhid olan Kader Acar zonquldaklıdır. O, yetimdir. Kaderin tək bacısı sağdır. Onun anası və atası bir neçə il əvvəl vəfat edib. 

Kaderin valideynləri sağ olmadığına görə qara xəbər şəhidin bacısına çatdırılıb. Onun bacısının evindən qara bayraq asılıb.

Şəhidin nəşi bu gün torpağa tapşırılacaq.

Bəxtiyar Umarlı
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR