Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Röyanın "Qadın"ından görüntülər - FOTO

Röyanın "Qadın"ından görüntülər - FOTO

Date: 26 November 2016 13:05

Məhəbbətdən doğan, seçilən yox, seçən və milyonlarla insanın ürəyinə yol tapan QADIN...

Respublikanın əməkdar artisti Röya Ayxan fəxri ada layiq görüldükdən sonra Heydər Əliyev Sarayının səhnəsində hesabat xarakterli konsertinin ilk gününü geridə qoyub. Primetime.az xəbər verir ki, o, ölkənin əsas səhnəsini əməkdar artist Rəşad Haşımovun rəhbəri olduğu "Rast Band" qrupu ilə bölüşüb. Konsertin ilk ifası elə proqramın adı ilə bağlanan, söz və musiqisi Vagif Gərəyzadəyə məxsus "Qadın" mahnısı olub.

Ardınca o, "Bilərsənmi", "Ağla", "Göyərçin", "Sənli günlərim", "Yolun açıq olsun", "Kesin bilgi" və s. bəstələri oxuyub. Hər konsertində olduğu kimi gül yağışına tutulan Röya bu dəfə də maraqlı hədiyyələr qəbul edib.

Xatırladaq ki, Heydər Əliyev Sarayında "Qadın" adlı konsert bu gün və sabah da davam edəcək.

Milli.Az
















































Tags:  Röyanın Qadınından görüntülər FOTO

RƏYLƏR


Top news