Kriştianu Ronaldu AVRO-2016-nın finalından sonra Mayamidəki restoranda Qrizmannla rastlaşdığını xatırlamışdı. Portuqal ulduz həmkarının ona yaxınlaşıb "sənə nifrət edirəm" deməsini də mətbuata açıqlamasında qeyd etmişdi.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko"nun fransalı forvardı "L`Equipe"ə müsahibəsində bu məsələni aydınlaşdırıb.
"Ronaldu və onun dostlarını restoranların birində gördüm. İnanılmaz təsadüf idi. Yaxınlaşdım ki, onunla görüşüm, AVRO-2016 və Çempionlar Liqasındakı uğurlara görə təbrik edim. Hər iki turnirin finalındakı məğlubiyyəti həzm etməyim üçün zamana ehtiyacım vardı deyə bu cür zarafat etdim. Düzünü desəm, Ronaldu iki vacib turnirində məni tituldan məhrum etdiyi və "Vicente Calderon"dakı son görüşdə het-trik etdiyi üçün ona qarşı münasibətim dəyişməyəcək. Amma ona dərin hörmətlə yanaşıram".
Milli.Az