Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balakən gömrüyündə Türkiyə vətəndaşı öldü

Balakən gömrüyündə Türkiyə vətəndaşı öldü

Date: 26 November 2016 13:12

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda qəflətən halı pisləşmiş Türkiyə vətəndaşı həkimlərin bütün yardımlarına baxmayaraq ölüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttində Gürcüstandan Azərbaycana gələn - 1952-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib. Gömrük əməkdaşları ona ilkin yardım göstəriblər. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.

Tibbi personalın verdiyi ilkin rəyə əsasən, Türkiyə vətəndaşı Naim Tozlu urək tutmasından vəfat edib.

Milli.Az


Tags:  Balakən gömrüyündə Türkiyə vətəndaşı öldü

RƏYLƏR


Top news