Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran Rusiya istehsalı olan qırıcılar ala bilər

İran Rusiya istehsalı olan qırıcılar ala bilər

İran Suriyadakı əməliyyatları dəstəkləmək üçün öz hava məkanını Rusiyaya aça bilər (11 Fevral 2017 15:37)

Tarix: 26 Noyabr 2016 13:22

İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat verir.

Həmçinin onun sözlərinə görə, İran Rusiya təyyarələrinə Həmədanda yerləşən "Noje" aviabazasından istifadə etmək imkanı verməyə hazırdır, lakin bəzi şərtlər yerinə yetirilməklə.

Qeyd edək ki, avqustun ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən adıçəkilən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi.

Bundan sonra İranın müdafiə naziri belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.

Milli.Az


Teqlər:  İran Rusiya istehsalı olan qırıcılar ala bilər



RƏYLƏR


Top xəbərlər