Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Raul Kastroya başsağlığı verdi

Prezident İlham Əliyev Raul Kastroya başsağlığı verdi

Date: 26 November 2016 13:27

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı məktubu göndərib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Hörmətli cənab sədr,

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Milli.Az


Tags:  Prezident İlham Əliyev Raul Kastroya başsağlığı verdi

RƏYLƏR


Top news