Fidel Kastro haqda maraqlı iddialar: 100 arvad, onlarla bic uşaq, məşuqələr... - VİDEO - FOTO

Fidel Kastro haqda maraqlı iddialar: 100 arvad, onlarla bic uşaq, məşuqələr... - VİDEO - FOTO
13:32 26 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Kuba rəhbəri Fidel Kastronun şəxsi həyatının ətrafında qalmaqallar daha çoxdur, nəinki "inqilab atası"nın coşqun siyasi həyatı. Demək lazımdır ki, Fidel Kastro öz şəxsi həyatını diqqətlə qoruyurdu, ancaq bu, müşahidəçilərin marağını artırır.
İstənilən rejimin ən çox qorunan dövlət sirlərindən biri onların liderlərinin şəxsi həyatı ilə bağlı olur. Onlar seçilmiş prezident, qiyamçı, diktator və ya taxtın qanuni varisi olmasının heç bir fərqi yoxdur. Amma Kuba rəhbəri Fidel Kastronun həyatı xüsusilə məxfiləşdirilib. Kastro əsl kişi kimi öz yaxınları haqqında narahat olurdu. Həmçinin dəqiqdir ki, kimsə onun şəxsi həyatına qarışmasını sevmir. Amma ictimai insanların taleyinə, onların arvadları və məşuqələrinə daim maraq göstərirlər.

Milli.Az xəbər verir ki, publika.az bu yazıda Kastronun həyatına yer verəcək:

Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan general-leytenantı, Fidel qardaşlarının yaxın dostu Nikolay Sergeyeviç Leonov Fidel Kastro haqqında kitab yazmağa hazırlaşanda ondan belə bir əmr alır: "Mənim siyasi fəaliyyətimə gəlincə, hər şey yaz. Burada mənim heç bir sirrim yoxdur. Amma şəxsi həyat mənim tək var-dövlətimdir".
Kuba liderinin rəsmi arvadı Mirta Dias-Balart (1948-1955) hesab edilir. Onunla boşanmadan sonra, bəzi tədqiqatçıların iddialarına əsasən, Kastro qanuni nikaha daxil olmurdu. Onların oğlu Fidelito 1949-cu ildə doğulub. O, Xose Raul Fernandes adı ilə Moskva Dövlət Universitetinin fizika fakültəsində oxuyub və Kurçatov adına sovet institutunda təcrübə keçib.
Fidel Kastronun tərcümeyi-halının müəllifi, beynəlxalq hüquq mütəxəssisi, jurnalsit Maksim Makarıçev qeyd edir ki, Kuba liderinin oğluna SSRİ-də çox isti münasibət göstərilirdi. "1980-ci ildən 1992-ci ilə qədər Fidelito Atom Energetikası üzrə Kuba agentliyinə başçılıq edirdi. İndi Fidelito bir neçə nazirliyin elmi məsləhətçisidir, Kubanın ali məktəblərində dərs deyir, kitabları tərcümə edir. "Azadlıq adası"nın sakinləri yalnız Fidelitonun böyük oğlu və Fidelin qardaşlarını - kiçik Raul və böyük Ramonu üzdən tanıyırlar. Onun başqa qohumlarının tam adları, onların ünvanları, şəkilləri heç vaxt Kuba mətbuatında meydana çıxmır", - o bildirir.
Fransada Serj Raffinin (Serge Raffy) kitabı on il əvvəl çıxıb. Öz qəhrəmanını sevməyən müəllif yoxlanılmamış faktlara və iyrənc lətifələrə yer verib. Deyilir ki, Fidel Kastronun təxminən iyirmi bic uşağı var. İddiaya görə, Mayamidə "Paxit" ləqəbli Fransiska Pupo yaşayır. "O, Kastro 1953-cü ildə Santa-Klaradan olan gənc qızla tanış olandan sonra dünyaya gəldi", - "Əmək" qəzeti öz oxucularına xəbər verir. General Frankonun hakimiyyətə gəlişindən sonra Meksikaya qaçan ispan mühacirlərin qızı İzabel Kustodio Mexikoda Fidellə tanış olur. Fidel burada həbs edilir. Meksikada dərc edilmiş "Sevgi mənə günahları bağışladacaq" (El amor me absolverá) adlı kitabda iddia edilir ki, Fidel həbsdən çıxandan sonra özü onu tapır. Öz planlarından danışan Fidel İzabel Kustodioya ona ərə gəlməyi təklif edir. "Mənim daxilində sanki nəsə qırıldı. Mən hiss edirdim ki, bu çox ağır yükdür. Qorxurdum ki, onu Kubaya səfər zamanı öldürəcəklər. Orada çoxları həlak oldular, amma Fidel sağ qaldı", - Kustodio açıq danışır. Yeri gəlmişkən, İzabel beş dəfə ərə gedir, amma onların arasında Fidel olmayıb.
Almaniyanın Bremen şəhərinin sakini Marita Kuba inqilabının qələbəsindən dərhal sonra 33 yaşlı Fidelin məşuqəsi olub. Marita 18 avqust 1939-cu ildə Henrix Lorents və Amerika rəqqasəsi Alisa Cuna Lorentsin ailəsində doğulub. Onun anası ABŞ-ın xeyrinə casusluqda ittiham edilərək həbs olunur. Marita anası ilə birlikdə onlar 1945-ci ilə qədər Berqen-Belzen həbs düşərgəsində qalır. O, 28 fevral 1959-cu ildə atasının kapitanı olduğu "Berlin" sərnişin teploxodunun içində Kastro ilə tanış olur. Marita hamiləliyin beşinci ayında idi. Onların uşağı həlak olur. Səbəbi isə məlum deyil. Qızın anası Fidel Kastroya qarşı 11 milyon dollarlıq iddia qaldırır. Amerika xüsusi xidmət orqanları və Kuba mafiyasının başçıları qızın ağır psixi vəziyyətindən istifadə edirlər. Mafioz Con Roselli hökumət laboratoriyasından alınmış zəhərli iki ampulanı Mariyaya verir. Bu informasiyanın etibarlılığını yoxlamaq da həmçinin problematikdir. 1975-ci ildə Roselli Amerika Konqresinin üzvləri qarşısında ifadə verməyə məcbur edilir. "Şpigel" məxfiləşdirilmiş məruzədə yazırdı ki, həbləri (ampulalar deyil) hansısa kubalıya veriblər, amma sui-qəsd ləğv edilir və zəhər Mərkəzi Kəşfiyyat İdarəsinə qaytarılır. Sonda, ayaqları sındırılmış mafiozun cəsədi dənizdən tutulmuş benzin çəlləyindən çıxarılmışdı.
1960-cı ilin yanvarında isə Marita Kubaya qayıdır. Qadının əl çantasında yalnız kremin olduğu bankada ölümcül zəhərli ampulalar var idi. Dövlət başçısı "Habana Libre" mehmanxanasının nömrəsində öz keçmiş sevgilisini gözləməyə məcbur edir. Amma Marita ampulaları atır. "Sevgi daha güclü oldu", - Marita illər sonra iddia edirdi. Qətlin yerinə o, cismani sevginin həzlərinə təslim oldu.
Marita səhər Mayamiyə uçur və Kastronun ən qızğın rəqiblərinə qoşulur. Ola bilər ki, onun tanışlarının arasında Li Harvi Osvald (ABŞ-ın keçmiş prezidenti Con Kennedinin rəsmi qatili - red.) var idi. O, Kuba mühacirlərinin tapşırığını yerinə yetirərək Venesuelanın keçmiş diktatoru Markos Peres Himeneslə tanış olaraq onun məşuqəsi olur.

Qərb agentliklərinin müxbirlərinin fikrincə, Kubanın birinci xanımı yaşıl gözlü və sarışın saçlı qadın Dalia Soto Valle hesab edilə bilərdi. Fidel Kastro 1980-ci ildən onun evlidir. Fidelin ondan beş uşağının olduğu bildirilir. Bu informasiyanın təsdiqi hazırda yoxdur.
Fidel onunla yalnız 1999-cu ildə bir tədbirdə görünür. Bu, Venesuela və Kuba yığmaları arasında beysbol matçı idi. Matçın azarkeşləri arasında iki ölkənin prezidentləri - Uqo Çaves və Fidel Kastro da var idi. Qərb mətbuatı iddia edir ki, Dalia Soto Valle uzun müddət Koximar elmi okeanoqrafiya institutunda işləyirdi. Hesab edilir ki, o, sualtı üzgüçülük və qızılgüllərin yetişdirilməsi ilə maraqlanır".

Bu gün Kuba inqilabının lideri Fidel Kastro vəfat edib. Bu barədə mərhumun qardaşı Raul Kastro məlumat verib.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07

Qurban Qurbanov sabahkı oyunu şərh etdi

22 Avqust 2017 23:04

Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəklədi

22 Avqust 2017 23:03

PKK həm quru həm də havadan vurulacaq -

22 Avqust 2017 23:03

Qurban Qurbanov inamlı danışdı

22 Avqust 2017 22:57

"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

22 Avqust 2017 22:57

Şəki sakinini ilan sancdı

22 Avqust 2017 22:49

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 22:48

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

22 Avqust 2017 22:42

Tramp Əfqanıstanla bağlı strategiyasını açıqlayıb

22 Avqust 2017 22:42

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

22 Avqust 2017 22:37

Azərbaycanda yalnız bir ordu generalı var

22 Avqust 2017 22:33