Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib

Date: 26 November 2016 13:37

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib. 
"Report"un məlumatına görə, dövlət başçısı İ.Əliyevin Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa göndərdiyi başsağlığı məktubunda deyilir: 
"Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Tags:  Azərbaycan Prezidenti Kuba inqilabının lideri Fidel Kastronun vəfatı bağlı başsağlığı verib


RƏYLƏR


Top news