Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda
qəflətən halı pisləşmiş Türkiyə vətəndaşı həkimlərin bütün
yardımlarına baxmayaraq ölüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən
Publika.az-a verilən məlumata görə, bu gün səhər
saatlarında Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun
piyada keçid xəttində Gürcüstandan Azərbaycana gələn - 1952-ci il
təvəllüdlü, Türkiyə vətəndaşı Naim Tozlunun qəflətən halı pisləşib.
Gömrük əməkdaşları ona ilkin yardım göstərib. Əraziyə təcili tibbi
yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq,
vətəndaşın həyatını xilas etmək mümkün olmayıb.
Tibbi personalın verdiyi ilkin rəyə əsasən, Türkiyə vətəndaşı -
Naim Tozlu urək tutmasından vəfat edib.