Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada SEÇKİ ŞOKU: Qutudan Ərdoğanın adı çıxdı - FOTO

Fransada SEÇKİ ŞOKU: Qutudan Ərdoğanın adı çıxdı - FOTO

Date: 26 November 2016 13:43

Noyabrın 20-27-si tarixlərində Fransada sağçı siyasi partiyalar arasında ilkin seçkilər keçirilib.

Publika.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, ilkin seçkilər 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərinə namizədin müəyyən edilməsi məqsədi daşıyır.

Qəzet yazır ki, ilkin seçkilər zamanı 10 min seçki bülleteni yararsız hala salınıb.

“Le Figaro” qəzetində dərc olunan “Nə üçün 2 avro xərcləyib etibarsız səs verirlər?” başlıqlı məqalədə qeyd olunur ki, Fransanın bəzi bölgələrində seçicilər tərəfindən seçki qutusuna atılan bülletenlər etibarsız sayılıb. Buna səbəb həmin bölgələrdə seçki bülletenlərinin üzərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək şüarlarının yazılması olub. Həmin məntəqələrdə seçicilər seçki bülleteninin üzərinə Ərdoğanın adını yazaraq, ona səs verdiklərini qeyd ediblər.

Hətta, Türkiyə prezidenti Ərdoğana səs verənlərin səs faizi seçkilərdə iştirak edən sağçı namizəd Jan Fransua Kopeni belə üstələyib.

Qəzet yazır ki, Fransada keçirilən seçkilərdə namizəd olmayan Rəcəb Tayyib Ərdoğan namizəd olan Kopedən 0,3 faiz çox səs qazanıb.

Vasif Həsənli





Tags:  Fransada SEÇKİ ŞOKU Qutudan Ərdoğanın adı çıxdı FOTO

RƏYLƏR


Top news