Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

194 milyon avro vergi ödədi, 24-cü dəfə kəsirə yol vermədi

194 milyon avro vergi ödədi, 24-cü dəfə kəsirə yol vermədi

Date: 26 November 2016 13:47

"Bavariya" 2015/16 mövsümü üçün maliyyə hesabatını təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhen klubu ardıcıl 24-cü ili də mənfəətlə başa vurub. "Bavariya" Munhen AG konserninin gəliri 626.8 milyon avro təşkil edib. Bu, ötən ilə nisbətən 100 milyon avro və ya 20% artımdır. Konsernin ümumi dövriyyəsi rekord həddə - 587.7 milyon avroya çatıb. Əməliyyat gəlirləri 28% artaraq 142.5 milyon avro olub (ötən il 111.3 milyon avro). Vergilərin çıxılmadığı qazanc 53.9, vergidən sonrakı 33 milyon avrodur. "Bavariya" marketinqdən 169.8, merçendayzinqdən 108.2, transferlərdən 34.8, teleyayım hüququndan 83.4  milyon avro qazanıb. "Bavariya" Munhen AG personalın maaşına 260.3 milyon avro xərcləyib. Bu xərc ötən ilə nisbətən 47.1% artıb. Klub ötən mövsüm 194 milyon avro vergi ödəyib. Beləliklə, "Bayer Munix" geridə qalan 10 il ərzində dövlət büdcəsini 1.2 milyard avro həcmində zənginləşdirib. 

Milli.Az


Tags:  194 milyon avro vergi ödədi 24-cü dəfə kəsirə yol vermədi

RƏYLƏR


Top news