9-cu sinfi bitirənlərə şəhadətnamə verilməyəcək - YENİ QAYDALAR

9-cu sinfi bitirənlərə şəhadətnamə verilməyəcək - YENİ QAYDALAR
13:49 26 Noyabr 2016
682 Digər
Ölkə mətbuatı
A- A+

Qadınların çadra geyməsinə icazə verilməyəcək - (30 Mart 2017 23:36)

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib.

 

APA-nın  məlumatına görə, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.

 

Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib. Yeni Qaydaya əsasən ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında  fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi  attestat veriləcək. İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq.  Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.

 

Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında  fərqlənmə attestatının üzlüyü qırmızı, adi  attestatın üzlüyü isə yaşıl rənglidir.  Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA  FƏRQLƏNMƏ ATTESTATI” sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA  FƏRQLƏNMƏ ATTESTATI” sözləri,  ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.  Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq. Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.

 

Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq.  Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

        

2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlər müəyyən edildi

23 May 2017 19:19

Tarif Şurası Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ödənişli xidmətlərin tariflərini müəyyən edib

23 May 2017 19:17

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

23 May 2017 19:15

Mançesterdə partlayışda xəsarət alanların sayı 120-ə çatıb

23 May 2017 19:15

200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

23 May 2017 19:14

Tarif Şurası 200-ə yaxın dərmanın qiyməti təsdiqlədi

23 May 2017 19:14

Avropanın gələcək ulduzları - UEFA açıqladı

23 May 2017 19:12

SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllüləri sertifikat alıb

23 May 2017 19:07

Hindistan ordusu Pakistana HÜCUM ETDİ

23 May 2017 19:05

Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

23 May 2017 19:02

Çimərlik paltarı geyinən İLK XANIM: tarixdə ad qoymuş qadınlar - FOTOLAR

23 May 2017 18:58

Azərbaycan Beynəlxalq Bankı kreditorlarla Londonda keçirilmiş görüşə dair məlumat yayıb

23 May 2017 18:57

"Beşiktaş" qərarını verdi

23 May 2017 18:57

ABB-nin xarici borclarının restrukturizasiya planı açıqlanıb

23 May 2017 18:55

Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu - FOTO

23 May 2017 18:53

Rusiya Azərbaycana ət, süd və bal ixrac etməyə hazırlaşır

23 May 2017 18:52

Azərbaycanda subsidiyalaşmanı tənzimləyən normativ sənədin hazırlanması təklif olunur

23 May 2017 18:47

Məşhur müğənninin saçlı halı təəccübləndirdi

23 May 2017 18:44

Parisin mərkəzində baltalı HÜCUM

23 May 2017 18:43

Məşhur aktyor vəfat etdi

23 May 2017 18:42

Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA

23 May 2017 18:39

“Sezar” kafesində ofisiant qız ona əxlaqsız hərəkət edən MÜŞTƏRİNİ ƏZİŞDİRDİ - VİDEO

23 May 2017 18:38

Türkiyə səfiri Tərcümə Mərkəzində

23 May 2017 18:36

Millət vəkili Qənirə Paşayeva Yaponiyada səfərdə olub (FOTO)

23 May 2017 18:36

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

23 May 2017 18:36

"James Bond" öldü - FOTO

23 May 2017 18:34

Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər?

23 May 2017 18:32

Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

23 May 2017 18:32

​ADGTT-da həftənin tamaşaları

23 May 2017 18:29

Azərbaycan ABB-nin xarici kreditorlarına 3 təklif təqdim edib

23 May 2017 18:22

Ermənistan-Azərbaycan Sülh Platformasının Ukrayna üzrə sülh səfiri təyin edilib

23 May 2017 18:22

Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı açıqlama: "Qardaşıma da güzəşt etməyəcəm"

23 May 2017 18:19

Bülent Ersoy toyuqdan iyrəndi

23 May 2017 18:19

Bu yüklə avtobusa MİNMƏYİN, YOXSA...

23 May 2017 18:18

Azərbaycanlı gənc qubernator müavini oldu

23 May 2017 18:14

BİABIRÇILIQ: yaşlı cütlük özlərinə LÜT ŞƏKİLDƏ TOY ETDİ - FOTOLAR (18+)

23 May 2017 18:13

33 nömrəli Uşaq Musiqi Məktəbinin konserti - FOTO

23 May 2017 18:12

"Gözümüzün qabağında oldu, 30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə - VİDEO - FOTO

23 May 2017 18:12

Tanınmış jurnalist vəfat etdi

23 May 2017 18:12

Abbas Bağırovun gəlinsiz toyundan İLK FOTOLAR

23 May 2017 18:09

“Turanbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

23 May 2017 18:07

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib" - ABŞ-ın keçmiş səfiri

23 May 2017 18:05

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

23 May 2017 18:03

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

23 May 2017 18:01

Tramp Roma Papası ilə görüşə getdi

23 May 2017 18:01

Günəş altında qalan meyvə-tərəvəzi almayın...

23 May 2017 17:59

Dünyanın ən qəribə ölümləri - İNANMAQ OLMUR - FOTOLAR

23 May 2017 17:58

Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

23 May 2017 17:57

Abbas Bağırovun toyundan ilk görüntülər

23 May 2017 17:55

Səudiyyə Ərəbistanının Kralı və Niderland Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23 May 2017 17:52