IX sinfi bitirənlərə şəhadətnamə verilməsi QAYDASI DƏYİŞDİ

IX sinfi bitirənlərə şəhadətnamə verilməsi QAYDASI DƏYİŞDİ
13:57 26 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

İpoteka kreditinin verilməsi qaydası DƏYİŞDİ (04 Aprel 2017 18:05)
“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilib (27 Fevral 2017 11:02)

Nazirlər Kabineti "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nı yeni redaksiyada təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.
 
Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib. Yeni Qaydaya əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında  fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi  attestat veriləcək. İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül" qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq.  Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.
 
Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən, ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında  fərqlənmə attestatının üzlüyü qırmızı, adi  attestatın üzlüyü isə yaşıl rənglidir.  Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA  FƏRQLƏNMƏ ATTESTATI" sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA  FƏRQLƏNMƏ ATTESTATI" sözləri,  ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.  Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq. Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT", "TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT", "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI" və ya "AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.
 
Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq.  Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
        
2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın "illik" qrafasında bir qiymətlə yazılacaq.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ATV-nin keçmiş aparıcısı vəzifəli şəxslə sevgilidir - FOTO

24 Aprel 2017 09:58

Burak və Fahriyenin toy tarixi və məkanı dəqiqləşdi - FOTO

24 Aprel 2017 09:57

Dollar sabit qaldı

24 Aprel 2017 09:51

Cavanşir Quliyev savadsız Xalq artistini BİABIR ETDİ

24 Aprel 2017 09:48

Dollar və qızıl ucuzlaşdı - Fransada seçkidən sonra

24 Aprel 2017 09:47

Sərhəddə narkotik əməliyyatı: təqibdən qaçan şəxs özünü bıçaqladı

24 Aprel 2017 09:44

Azərbaycanda ŞOK OLAY – Biznesmen itlərinə toy edib, məclis qurdu - FOTO/VİDEO

24 Aprel 2017 09:43

Manatın MƏZƏNNƏSİ

24 Aprel 2017 09:42

Erməni siahlıları 4 mərmi atdı - CƏBHƏDƏN XƏBƏR VAR

24 Aprel 2017 09:42

"Qəbələ" "İnter"ə qarşı

24 Aprel 2017 09:42

Neft bahalaşdı

24 Aprel 2017 09:41

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

24 Aprel 2017 09:38

"Yandex" pullu olacaq

24 Aprel 2017 09:37

Ermənilər minaatanlarla atəşkəsi pozdu

24 Aprel 2017 09:34

Derbini "Fənərbağça" qazandı, "Beşiktaş" "Adanaspor"u qəbul edir

24 Aprel 2017 09:32

Cəbhədən xəbər var

24 Aprel 2017 09:30

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

24 Aprel 2017 09:28

"Roma"nın səfər sınağı

24 Aprel 2017 09:27

Yasamal sakini evində diri-diri yandı

24 Aprel 2017 09:24

AŞPA-nın yaz sessiyası başlayır

24 Aprel 2017 09:22

Paytaxtda yaşayış binasında YANĞIN: ölən var

24 Aprel 2017 09:22

İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adları - SİYAHI

24 Aprel 2017 09:19

Ölümə gedən sürücü kameraya düşdü – Maşın yerində fırlandı - VİDEO

24 Aprel 2017 09:18

"Porşe" Aysel, Vəfanın toxunulmazlığı, hovuzdakı Rəqsanə, nazirə yox deyən "çoban", Aytənin gecəsinə 800 manat - HƏFTƏBECƏR

24 Aprel 2017 09:17

Nazir gəlini sənətdən getdi

24 Aprel 2017 09:15

Şimali Koreya liderinin adını daşıdığı üçün həbs edildi – ŞOK HADİSƏ

24 Aprel 2017 09:13

"Barselona" "Real"ı keçdi, "Atletik" "Eybar"a qarşı

24 Aprel 2017 09:12

Bakıda ər arvadını bıçaqladı

24 Aprel 2017 09:12

Liderlər üçün uğursuz tur

24 Aprel 2017 09:12

Misir və ABŞ birgə hərbi təlimlərə başladı

24 Aprel 2017 09:08

"Paradox"un yeni ofisi - FOTO

24 Aprel 2017 09:05

Evlərin hostelə çevrilməsi asanlaşır - Mənzil Məcəlləsinə dəyişiklik

24 Aprel 2017 08:59

Bakıda ölümlə nəticələnən motosiklet qəzası - FOTO

24 Aprel 2017 08:58

Əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

24 Aprel 2017 08:58

"Mançester Yunayted" gənc yarımmüdafiəçini transfer etmək istəyir

24 Aprel 2017 08:52

ABŞ ədliyyə naziri Meksika ilə sərhəddə divar tikilməsinin vacibliyini bildirib

24 Aprel 2017 08:47

Bakıda gecə klubunda DAVA: xəsarət alanlar var - FOTO

24 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

24 Aprel 2017 08:47

Cem Yılmaz fanatlarını qorxutdu - FOTO

24 Aprel 2017 08:42

Azərbaycanda taksi sürücüsü döyülüb

24 Aprel 2017 08:37

Kıvanç xanımına görə şərt qoydu

24 Aprel 2017 08:37

KXDR yaxın zamanlarda yeni nüvə sınağı keçirə bilər

24 Aprel 2017 08:37

XİN rəhbəri: Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq

24 Aprel 2017 08:32

Messi "Barselona"nın heyətində 500-cü qolunu vurub

24 Aprel 2017 08:27

Meksikada dəstələr arasında toqquşmalar: 9 ölü

24 Aprel 2017 08:22

Nyu-Yorkda yanğın: 5 ölü

24 Aprel 2017 08:12

Cəzalar sərtləşdirilir

24 Aprel 2017 08:12

Evinizi hostel edə biləcəksiniz - Mənzil Məcəlləsində dəyişiklik

24 Aprel 2017 08:05

Cocuq Mərcanlıda 1 250 ədəd qəlpə aşkar edilib - FOTO

24 Aprel 2017 08:05

Bədbəxtlik gətirən zinət əşyaları haqqında maraqlı faktlar

24 Aprel 2017 08:03