Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Paytaxtda 195 nömrəli marşrut üzrə avtobuslar yenilənəcək

Paytaxtda 195 nömrəli marşrut üzrə avtobuslar yenilənəcək

Date: 26 November 2016 13:57

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı qoyulan tələbləri yerinə yetirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görür. 
Agentlikdən "Report"a verilən məlumata görə, bu çərçivədə 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkət ilə bağlanan müqaviləyə xitam verilib.
Bildirilib ki, 195 nömrəli marşut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu: "Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən, 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir". 


Tags:  Paytaxtda 195 nömrəli marşrut üzrə avtobuslar yenilənəcək

RƏYLƏR


Top news