Azərbaycanda 4 radioelektron vasitənin istifadəsi üçün xüsusi icazə tələb ediləcək

Azərbaycanda 4 radioelektron vasitənin istifadəsi üçün xüsusi icazə tələb ediləcək
14:22 26 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, siyahıya 4 radioelektron vasitə daxil edilib.
 
Siyahıya daxil edilən peyk və radiorele stansiyası və gəmi stansiyalarının XİFMN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası) üzrə kodları idxal zamanı onların adından, tipindən, növündən, markasından və tərkibindən asılı olaraq müəyyən ediləcək.
 
İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin siyahısına daxil edilmiş radiobaza stansiyasının və radioyayım ötürücüsünün isə XİFMN üzrə kodları siyahıda əksini tapıb. Radiobaza stansiyasının və radioyayım ötürücüsünün XİFMN üzrə kodları müvafiq olaraq 851761009 və 852550009-dur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR