Beş dil bilən evin yeganə oğlu bir opüşün qurbanı oldu - FOTO

Beş dil bilən evin yeganə oğlu bir opüşün qurbanı oldu - FOTO
14:27 26 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təkcə oğlumu deyil, onunla bərabər bizi də öldürdü. Anası da, mən də ölü kimiyik, yeganə övladımız əlimizdən gedib, daha itirəcək heç nəyimiz qalmayıb, əcəlimizin nə vaxt çatacağını gözləyirik".

Milli.Az xəbər verir ki, bunu virtualaz.org saytına mənasız, bəsit bir mübahisənin qurbanına çevrilən, 25 yaşında qətlə yetirilən Nazim Ələkbərlinin atası Nurəddin Ələkbərov deyib: "Hadisədir, hamının başına gələ bilər. Ən çox məni yandıran odur ki, gör o cür oğul kimin, nəyin üstündə qətlə yetirilib".

Əcəl, yoxsa taleyin oyunu?

Ötən ilin iyul ayının 28-də dostları Yapon Hacıyev və Rəşad Mirzəyevlə birlikdə olan Nazim anasına zəng vurub, bir azdan gələcəyini, nigaran qalmamasını xahiş edib. İşi ilə əlaqədar ertəsi gün Dubaya yola düşəcək deyə onlarla birgə yeyib-içib. Sonra isə keçmiş sevgilisi Aysel Mənsimova ilə əlaqə saxlayıb, görüşmək istədiyini deyib. Aysel gecə saatlarında taksiyə əyləşib birbaş Nazimgilin yanına - bulvara gəlib. Aysellə bir qədər söhbət etdikdən sonra onu yola salmaq üçün yenidən maşına əyləşiblər. Nazimin avtomobilini Yapon idarə edib, digər dostu Rəşad da maşında olub. Mənzil başına çatanda Nazim Ayseli ötürmək üçün maşından düşüb, dostları isə maşında gözləyiblər.

Sanki bu gənci o məhəlləyə əcəl özü çəkib aparıb. Aysellə sağollaşıb geri dönərkən tanımadığı, ilk dəfə gördüyü bir oğlan qarşısını kəsib, qızla blokda görüşüb öpüşməsinə iradını bildirib. Elə bu irad, qısa mübahisə sonda faciəyə səbəb olub. Və həmin məhəllənin sakini Kamran Həsənzadə bıçaqla Nazimə zərbə endirib. Yaralı huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb: "Dedi ki, siz yatın, yarım saata kimi evdəyəm. Onsuz da Nazim gəlməmiş yuxuya getmirdim. Gözlədim, gəlib çıxmadı. Zəng vurdum, cavab vermədi, ürəyimə nəsə dammışdı elə bil. Yapona qırx dəfə zəng vurdum, telefona cavab vermədi. Uşağım öləndən sonra telefonu açıb deyir ki, xəstəxanadadır".

"Sən demə, oğlumun qatilinə təşəkkür etmişəm"

Nazimin xəstəxanada olduğunu eşidən valideynləri özlərini dərhal ora çatdırıblar. Gördükləri mənzərə onları şoka salıb. Hətta N.Ələkbərov oğlunun qətlə yetirən şəxsə onu xəstəxanaya gətirdiyinə görə təşəkkür də edib: "Yapon zəng vurub dedi ki, Ayselginin məhəlləsində Nazimi bıçaqlayıblar, tez gəlin, xəstəxanadadır. Harada olduğunu soruşduqda: "5 saylı xəstəxanadayıq, ürəyi dayanır, təzyiqini qaldıra bilmirlər, vəziyyəti ağırdır", - dedi. Getdim xəstəxanaya. Polis əməkdaşları vardı, həkimlər məni görüb qaçırdılar. Sən demə, oğlum artıq keçinibmiş. Orada bir saqqallı oğlan var idi. Ondan soruşdum, dedi ki, yaralını yoldan tapıb gətirmişik. Hətta ona təşəkkür də etdim. 15 gündən sonra internetdə şəklini görəndə tanıdım. Sən demə, oğlumun qatili elə həmin oğlanmış. Onu da öyrəndim ki, oğlumu xəstəxanada qoyub qaçmaq istəyirlərmiş".

"Kamera görüntülərini, bitanın üzərindəki qan izlərini götürmədilər"

İş üzrə Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İşi əvvəlcə müstəntiq Vüqar Əliyev, sonra Ceyhun Mirzəyev, daha sonra isə Samirə Kərimli aparıb. Müstəntiq N.Ələkbərova deyib ki, dava eləyiblər, oğlu bita ilə Kamranı döyüb, Kamran Həsənzadə də onu bıçaqla vurub.

Nərimanov Rayon Prokurorluğunda istintaqın düzgün aparılmadığını iddia edən Nurəddin Ələkbərov Bakı Şəhər Prokurorluğuna şikayət ünvanlayıb. Cinayət işi Nərimanov Rayon Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib. Bu dəfə əvvəlkinə nisbətən iş obyektiv də dərindən araşdırılıb:

"Onlara dedim ki, itirəcək heç nəyimiz yoxdur, işi düzgün apaşdırmasanız, bunun axırı yaxşı olmayacaq. Hadisə yerində kameralar vardı, mübahisə zamanı oğlumun vurulması həmin kameralarda əks olunmuşdu. Kameralardakı görüntüləri, bitanın üzərindəki qan izlərini götürmədilər. Əvvəlcə Kamran Həsənzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. İş Bakı Şəhər Prokurorluğuna verildikdən sonra isə iş Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.2.4-cü (qanunsuz silah saxlama) maddələrinə tövsif edildi. Bu bizə az da olsa təsəlli verdi. Yenidən dindirilmələr oldu. Məlum oldu ki, oğlum 9 dəqiqənin qurbanı olub. Blokda Aytəni yola salıb. Blokdan çıxanda orada Kamranla qısa mübahisələri yaranıb və bıçaqlanıb. Oğlum boyca onların hamısından uca idi. Onu əhatəyə alıb qəflətən bıçaqla vurublar. Üzbəüz dayansaydılar, vura bilməzdilər. Qatil yalan danışdığına görə hər dəfə bir cür ifadə verib. Gah göstərib ki, guya Nazim əxlaqsız hərəkət edib, mübahisə buna görə baş verib. Amma cinayət işində ifadələr var ki, əvvəllər həmin blokda ikinci mərtəbədə əxlaqsızlıq yuvası olub. Oraya müxtəlif kişilər gəlib-gediblər. Kamran əxlaq qoruyucusu olsaydı, elə həmin qadınları binadan qovardı, ya polisə müraciət edərdi, ya da oraya gələnlərdən kiməsə xəsarət yetirərdi. Nə istintaq, nə də məhkəmədə bunlar araşdırılmadı".

Aysel Mənsimova məhkəmədə ifadə verərkən deyib ki, Nazimlə blokda öpüşməyiblər, iki-üç dəqiqə söhbət ediblər, yanağından öpüb, sağollaşıb ayrılıblar.

"Heç bir valideynə belə dərd arzulamıram"

"Evləndimək istəyirdik, ev də almışdıq. Qapısı bağlı qalıb. Nazimin maşınını nə sata bilirəm, nə də sürə bilirəm, qalıb qarajda. Oğlumun qanı tökülüb o maşına. İndi o ev nəyimə gərəkdir, o maşın nəyimizə lazımdır? Kaş kirayədə yaşayaydım, evim-eşiyim olmazdı, amma balam sağ olaydı. Günaşırı qəbir üstünə gedirik, otururuq, Şamaxıdan torpaq gətirib cürbəcür güllər əkmişəm orada, onun güllərinə qulluq edirəm, bununla təskinlik tapıram. İl yarımdır ki, işə gedə bilmirəm, evə qapanmışam, dost-tanışla, qohum-əqrəba ilə əlaqə saxlamıram, yasdan çıxa bilmirəm. Ölümümüzü gözləyirik, vaxtımız çatsaydı, ölərdik. Heç kim bizi başa düşməz. Heç bir valideynə belə dərd arzulamıram".

"Evin hər tərəfində balamın nəfəsi var"

Mərhumun anası Rasimə Məğribi danışır: "134 saylı orta məktəbi bitirmişdi. Yüksək balla Neft Akademiyasına daxil olmuşdu. Təhsilini bitirib əsgəri xidmətə yollandı. 2012-ci ildən SOCAR-da mühəndis-elektrik işləyib. Sonradan ərəblərin şirkətindən təklif aldı. Beş dil bilirdi mənim oğlum. Ötən ilin fevral ayından etibarən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində "NDC" şirkətində işləməyə başladı. 28 gün Dubayda olur, 28 günsə Azərbaycana qayıdırdı. İyunun 30-da Dubaya uçacaqdı, bilet də almışdı. O cür ağıllı, gözəl, savadlı balamızı əlimizdən aldılar, bizi ömürlük gözüyaşlı qoydular. Gecələr otağının işığını da söndürmürəm. Evin hər tərəfini Nazimin şəkilləri, ona məxsus əşyalarla bəzəmişik. Hər yanda nəfəsi, ruhu var övladımın".

"Allah şeytana lənət eləsin" desə də...

Təqsirləndirilən K.Həsənzadə ifadəsində hadisənin imsak vaxtı baş verdiyini, dostları Soltan və Ərrəhmanla məhəllədə dayandıqlarını, imsakdan sonra namaza gedəcəklərini, Nazimə irad tutarkən onun içkili olduğunu, "get, Allah şeytana lənət eləsin" dediyini göstərib. Göründüyü kimi, K.Həsənzadə şeytanı lənətləsə də, onun cəngindən qurtula bilməyib. Belə olmasaydı, şeytanın vəsvəsəsinə uyub müqəddəs ayda, imsak vaxtı, azanla namaz arasında qan tökməz, cana qıymazdı.

Özünü dindar kimi qələmə verib qətl törətdi

Mərhumun atası deyir ki, təqsirləndirilən özünü dindar, müsəlman kimi qələmə verərək hadisənin məcrasını başqa səmtə yönəltməyə çalışsa da, qətlin xuliqanlıq niyyəti ilə baş verdiyini hər kəs bilir: "Yalandan indi durub min cür söz danışır, dindar olmağını, oruc tutmağını əlində şüara çevirir. Məgər din adama deyir ki, qarşındakını vur, öldür? Oğlumun səhvi olmuşdusa, nəsə demişdisə, onu vurmuşdusa, o da Nazimi döyərdi, amma niyə öldürdülər mənim balamı? O ki qaldı hansısa qızı ötürməyə, ona qalarsa, elə həmin gün Kamran özü dostu Soltanla birlikdə qızlarla görüşüb gecə saat 12-yə kimi əyləniblər, ertəsi gün çimərliyə getməyi planlaşdırıblar. Bunu sübut edən faktlar da var. Öz məhəllələrinin "qeyrətini" çəkən bu dindar guya dinin qadağalarına ciddi yanaşır, buna görə də qız ötürən, öpüşən, içkili olan adamları qəbul etmir və hadisə də buna görə baş verib. Amma qətlin xuliqanlıq məqsədilə törədildiyini hadisə şahidləri də təsdiq edir. Onlar hamısı ifadələrində "içkilidir, qoy getsin, lazım deyil" deyiblər. Amma Kamran sakitləşməyib".

N.Ələkbərov deyir ki, oğlunun dostu Yaponun hadisə yerində olduğunu sonradan bilib: "Üç bıçaq zərbəsindən başqa Nazimin bədənində iz olmayıb. Oğlumu xəstəxanaya Ərrəhmanla Soltan (K.Həsənzadənin dostları - virtualaz.org) aparıblar. Onların hər ikisinin barəsində cinayəti bilib xəbər verməməklə bağlı cinayət işi qaldırılıb. Əgər vaxtında mənə oğlumun bıçaqlandığını desəydilər, onu başqa xəstəxanaya aparardım, bəlkə, ölməzdi, sağ qalardı".

Yarıda qırılan ömür

Ömrü yarıda qırılan övladının qətlinə görə N.Ələkbərov K.Həsənzadənin ömürlük azadlıqdan məhrum edilməsini istəyir: "Oğlumun qatilinin cəzalandırılması məsələsində məhkəmənin ədalətli olmasını xahiş edirik. Cəza törədilən cinayətə adekvat olmalıdır. Son dərəcə ağır cinayət törədilib. Evin yeganə övladını qətlə yetirib. Bizə ömürlük, sağalmaz dərd verib. O da məhz belə cəzalanmalıdır".

Dünən sözügedən qətl hadisəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmə prosesi başa çatıb. Kamran Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

P.S. İnsanlarla ünsiyyətdən çəkinən Nazimin ata-anası günlərini məzarlıqda keçirirlər. Övladlarının qəbrini silib-təmizləyir, əkdikləri güllərə qulluq edir, oturub onunla dərdləşirlər...

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

29 İyul 2017 15:58

Dənizdə batan 2 nəfər xilas edildi

29 İyul 2017 15:57

Azərbaycandan tütün ixracı 5% artıb

29 İyul 2017 15:57

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

29 İyul 2017 15:57

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09