"Araz" üçün formal oyun - YENİLƏNİR

"Araz" üçün formal oyun -   YENİLƏNİR
14:27 26 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Xorvatiyada UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Araz" da son görüşünə çıxacaq.

Təmsilçimiz Almaniyanın "Hamburq" klubu ilə qarşılaşacaq. Zaqrebdəki İdman Evində keçriləcək matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Qeyd edək ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Qazprom Yuqra"sına 0:4 hesabıyla uduzub. Elə "Hamburq" da sözügedən rəqiblərinə məğlub olub, özü də böyük hesablarla ("Qazprom Yuqra"ya 0:4, "Nasional"a 1:11).

Qrupun digər oyununda "Yuqra" ilə "Nasional" "Dördlər finalı"na vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.

UEFA Kuboku
Elit mərhələ
B qrupu, II tur

26 noyabr
21.00 Hamburq (Almaniya) - Araz (Azərbaycan)
Araz: Rövşən Hüseynli, Tyaqo Bolinya, Fineo, Vassura, Emin Kürdov, Eduardo, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Oqtay Rütəmli, Xətai Bağırov, Fabio Poletto, İsa Atayev.
Baş məşqçi: Miltinyo.
Hakimlər: Paskal Lemal (Belçika), Franko Kakiya (Malta), Qabriel German (Rumıniya).
Zaqreb. İdman Evi.

1

Nasional

2

2

0

0

13-2

6

2

Yuqra

2

2

0

0

8-0

6

3

Araz

2

0

0

2

1-6

0

4

Hamburq

2

0

0

2

1-15

0


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotarazquot-ucun-formal-oyun-t54470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR