Attestatlarla bağlı Nazirlər Kabinetindən MÜHÜM QƏRAR

Attestatlarla bağlı Nazirlər Kabinetindən MÜHÜM QƏRAR
14:28 26 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda İstedadlı Uşaqlarla İş Mərkəzi yaradıldı (07 İyun 2017 15:17)
Azərbaycanda İstedadlı Uşaqlarla İş Mərkəzi yaradılıb (07 İyun 2017 13:22)
Nazirlər Kabinetindən önəmli dəyişiklik (18 May 2017 10:09)

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib.

APA-nın məlumatına görə, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.

Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib.

Yeni Qaydaya əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat veriləcək. İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib.

Yeni Qaydaya əsasən, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. Eyni zamanda tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.

Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən, ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir. Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ATTESTAT” və ya “AZƏRBAYCAN RESPUBLİKASI ÜMUMİ ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” sözləri, ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.

Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq.

Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə “TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT”, “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA FƏRQLƏNMƏ ATTESTATI” və ya “AZƏRBAYCAN RESPUBLİKASI TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT” sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.

Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq.

Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir.

Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılacaq.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

29 İyun 2017 18:27

Körpü çökdü: 2 nəfər öldü - VİDEO

29 İyun 2017 18:23

"Bəs harada öpüşək?"

29 İyun 2017 18:22

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

29 İyun 2017 18:22

Kanada şirkəti Azərbaycandakı əməliyyatından 2,6 mln. Kanada dolları gəlir əldə edib

29 İyun 2017 18:17

Qorxmayın, hazır olun...

29 İyun 2017 18:14

"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub

29 İyun 2017 18:13

"AVO MUN" layihəsinə start veriləcək

29 İyun 2017 18:12

Mahmud Məmmədquliyev: "Regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq"

29 İyun 2017 18:12

89-cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq

29 İyun 2017 18:12

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir

29 İyun 2017 18:12

Bülənt Ərsoy qəzaya düşdü

29 İyun 2017 18:12

Feysbukda nələr halal, nələr haramdır? - Hacı Şahin açıqladı - VİDEO

29 İyun 2017 18:09

Siciliya mafiyası Almaniyanı ələ keçirir

29 İyun 2017 18:08

"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

29 İyun 2017 18:07

"Mikroyosunlardan dərman hazırlanır"

29 İyun 2017 18:07

Valbuena "Fənərbağça" ilə müqavilə bağladı

29 İyun 2017 18:05

Ruslar Qarabağda... – Bakının qəzəbinə səbəb olacaq ADDIM

29 İyun 2017 18:03

BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə istintaqı yekunlaşıb

29 İyun 2017 18:02

İlham Zəkiyev: “Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz”

29 İyun 2017 18:02

Bakıda idmançı qızı vurub öldürən sürücü tutuldu

29 İyun 2017 17:59

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 İyun 2017 17:58

Bu yerlərdən uzaq olun, yadplanetlilər ora tez-tez gəlir

29 İyun 2017 17:58

Alpinist qızı avtomobillə vuraraq öldürən şəxs tutulub

29 İyun 2017 17:57

“Qalatasaray” Bafetimbi Qomislə müqavilə bağlayıb

29 İyun 2017 17:57

Park Cinemada "Yaramaz Mən 3" Azərbaycan dublyajı ilə təqdim olundu - FOTO

29 İyun 2017 17:57

Avtomobillə idmançı qızı öldürən şəxs

29 İyun 2017 17:54

3 qəza həm mala, həm də cana ziyan vurdu - VİDEO - FOTO

29 İyun 2017 17:52

Manatın yeni MƏZƏNNƏSİ

29 İyun 2017 17:52

Xalq artistinin ailəsində faciə

29 İyun 2017 17:52

0 avroluq əsginaslar 2,5 avroya satılır

29 İyun 2017 17:48

Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il

29 İyun 2017 17:47

Taekvondoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

29 İyun 2017 17:44

Çöldə doğulan, Şərqi Qərbə qatan dünyaca MƏŞHUR BAKILI YƏHUDİ - FOTOLAR

29 İyun 2017 17:43

Azərbaycanın hərbi gücü

29 İyun 2017 17:43

Dünya ölkələrinin hərbi güc REYTİNQİ: Azərbaycan neçəncidir?

29 İyun 2017 17:42

Bakıda namus üstündə arvadını amansızcasına öldürən şəxs məhkəmədə ifadə verib

29 İyun 2017 17:42

Donald Tramp prezident İlham Əliyevi təbrik edib

29 İyun 2017 17:39

Virusların sayı durmadan artır

29 İyun 2017 17:35

Rusiya qüvvələrini "3 günə məhv edən" şahzadə geri çəkildi

29 İyun 2017 17:33

Təbrizin tanınmış aktyoru Musiqili Teatrda çıxış edəcək

29 İyun 2017 17:32

Andlı iclasçılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

29 İyun 2017 17:32

“Bakcell” Silahlı Qüvvələr gününə həsr edilmiş yarış keçirib

29 İyun 2017 17:32

Qaradağda 6 otaqlı ev yandı

29 İyun 2017 17:32

Bakı sakini 8 yaşlı qızı soyundurub təcavüz etdi

29 İyun 2017 17:27

Hollandiya şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində sifarişlər həyata keçirməsini dayandırdı

29 İyun 2017 17:27

Bakı-İstanbul sərnişin avtobusu qəzaya düşdü

29 İyun 2017 17:26

Naz çılpaq formada küçədə - VİDEO

29 İyun 2017 17:23

Strateji Tədqiqatlar Mərkəzi: "Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi olaraq qalmalıdır"

29 İyun 2017 17:22

Donald Tramp Prezident İlham Əliyevi təbrik edib

29 İyun 2017 17:22