3 yaşlı uşağın qolu ətçəkən maşında qaldı

3 yaşlı uşağın qolu ətçəkən maşında qaldı
14:33 26 Noyabr 2016
725 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda bədbəxt hadisə baş verib.

Hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb. Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ qolu dirsəyinə qədər ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, qolu ət maşınında qalan 2013-cü il təvəllüdlü Şahanə Pərviz qızı Əsgərovadır. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır şəkildə zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan onun Bakıya göndərilməsi tövsiyə olunub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/177450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR