Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azarkeş UEFA-nı və hakimi məhkəməyə verdi

Azarkeş UEFA-nı və hakimi məhkəməyə verdi

Date: 26 November 2016 14:37

İspaniyanın "Atletiko" klubunun azarkeşi Joze Antonio Kampon ingiltərəli hakim Mark Klattenburq və UEFA-dan şikayət edib. 


O, şikayət ərizəsində Çempionlar Liqasında "Atletiko" və "Real" klubları arasında keçirilmiş final qarşılaşmasında rəqib komandanın müdafiəçisi Serxio Ramosun vurduğu qolun ofsayt olduğunu bildirib. "Atletiko"nun azarkeşi 160 avronun bilet pulu, 1.500 avronun isə ona dəymiş mənəvi zərər olduğunu qeyd edərək 1.660 avro təzminat ödənilməsini istəyib. 


Qeyd edək ki, bu il mayın 28-də İtaliyanın Milan şəhərində keçirilmiş Çempionlar Liqasının final matçında "Real Madrid" klubunun futbolçusu Serxio Ramos 15-ci dəqqiqədə hesabı açıb. 79-cu dəqiqədə isə "Atletiko" komandasının oyunçusu Yannikk Karraskonun vurduğu qolla hesabda bərabərlik yaranıb. Penaltilər seriyasında isə "kral klubu" 5:3 hesabı ilə qalib gələrək kuboka sahib olub.("Report")


Fanat.Az


Tags:  Azarkeş UEFA-nı hakimi məhkəməyə verdi


RƏYLƏR


Top news