Türkiyəli nazirlər Azərbaycana gəlirlər

Türkiyəli nazirlər Azərbaycana gəlirlər
14:37 26 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcının gələn həftə Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

N.Avcının Şəkidə TÜRKSOY ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü iclasında iştirak edəcəyi bildirilir.

Toplantıda 2017-ci il üçün "Türkdilli ölkələrin mədəniyyət paytaxtı" seçiləcək.

Bundan başqa, noyabrın 28-29-da Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslanın Azərbaycana işgüzar səfəri gözlənilir.

Ə.Arslan türkdilli ölkələrin İKT üzrə işçi qrupunun iclasında iştirak edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR