Bakıda "zek" öldürüldü: cinayətkar tutuldu

Bakıda "zek" öldürüldü: cinayətkar tutuldu
14:37 26 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakinini döyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyidi tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR