Azərbaycanda şok mobil dələduzluq - 25 milyonluq ziyan

Azərbaycanda şok mobil dələduzluq - 25 milyonluq ziyan
14:42 26 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda konkret hədəfli hücumlar mobil operatorlara qarşı olur" (03 Mart 2017 15:05)
Beren Saatın 2, 5 milyonluq lüks evini su basdı - FOTOLAR (16 Fevral 2017 10:33)

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şirkəti olan və dostu Ayaz Kərimovun idarə etdiyi "Cartburq NC" şirkəti Azərbaycanda mobil operatorlar vasitəsilə aparılan beynəlxalq danışıqlar üzrə dövlətə milyonlarla dollar məbləğində ziyan vurmaqda ittiham edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hal Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra aparılan cinayət işinin istintaqı zamanı üzə çıxıb.

Belə ki, istintaqa cəlb edilən mütəxəssislərin köməyi ilə müəyyən olunub ki, 01.01.2014-cü il tarixdən 31.10.2015-ci il tarixədək olan dövr ərzində mobil telefonlar vasitəsi ilə Azərbaycana giriş trafiki üzrə 476 milyon 837 min 342 dəqiqə danışıq aparılıb. Bu danışıqlar üçün beynəlxalq operatorlar tərəfindən təklif edilən yüksək qiymətlərlə minimum 125 milyon 949 min 513 ABŞ dolları gəlir əldə olunması mümkün olub.

Lakin bu müddət ərzində bir neçə vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə edərək şəxsi tanışlığa görə bu iş üçün müqavilə bağladıqları "Cartburq NC" şirkəti tərəfindən təklif olunan aşağı qiymətlər əsas götürülərək 100 milyon 135 min 841 ABŞ dolları gəlir əldə olunub.

Bununla da, paylarının 100%-i dövlətə məxsus olan "Azİntelekom" MMC-yə 25 milyon 813 min 671 ABŞ dolları məbləğində ziyan vurulub.

Eyni proses əks istiqamətdə, yəni ölkədən çıxış zənglərində də baş verib.

"Azİntelekom" MMC-nin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi 06.11.2015-ci il tarixli məktuba əsasən, "Azİntelekom" MMC ilə "Cartburq NC" şirkəti arasında 01 yanvar 2014-cü il tarixdən 31 oktyabr 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan ərazisindən "Cartburq NC" şirkəti üzərindən çıxışlar Rusiya Federasiyasının Fix 1, Fix 2 və Fix 3 ərazi şəbəkələrinə, həmçinin "Beeline" və "Mobile Othe" operatorlarına həyata keçirilib.

Həmin dəqiqələr üzrə trafikin ümumi dəyəri, "Cartburq NC" şirkəti tərəfindən təklif olunan qiymətlər əsasında 2014-2015-ci illərdə bir dəqiqənin qiyməti Fix 1 üzrə 5.5, Fix 2 üzrə 6.5, Fix 3 üzrə 8.5 sent olmaqla, ümumilikdə 214 min 933 ABŞ dolları məbləğində olub.

Araşdırma zamanı müəyyən olunub ki, Azərbaycandan çıxan beynəlxalq trafik danışıqları üçün digər beynəlxalq operatorlar tərəfindən təklif edilən qiymətlər bu qiymətlərdən xeyli aşağı olub.

Belə ki, Azərbaycandan Rusiyaya çıxış üçün digər beynəlxalq operatorlar tərəfindən təklif edilən 1 dəqiqənin qiyməti 2014-cü ildə Fix 1 üzrə 1.6-1.8, Fix 2 üzrə 1.9-2.1, Fix 3 üzrə 2.7-5.6 sent olub. 2015-ci ildə qiymətlər bir qədər də enib. Yəni, Fix 3 üzrə qiymətlər 3-3.1 sent olub.

Mahmudovların şirkətinin Rusiya üçün dəqiqəsi 8,5 sentə təklif etdiyi danışığı digər opratorlar 3-3,1 sentə təklif edib. Lakin o vaxtkı rabitə naziri Əli Abbasov hansısa dəyərlərə əsaslanaraq, Mahmudovların şirkəti ilə müqavilə bağlamağı daha üstün tutub.

İstintaq bu yolla iki nazirin yalnız bu iş üzrə ümumi olaraq büdcəyə nə qədər ziyan vurduğunu da hesablayıb. Azərbaycandan Rusiyaya çıxış üçün beynəlxalq operatorlar tərəfindən təklif edilən qiymətlər əsasında maksimum ödəniş 2014-2015-ci illərdə 79 min 27 ABŞ dolları ola bilərdi. Lakin "Cartburq NC" şirkəti tərəfindən təklif olunan yüksək qiymətlər əsas götürülərək "AzİnTelekom" tərəfindən Mahmudovların şirkətinə 214 min 933 ABŞ dolları ödəniş aparılıb və bu yolla dövlətə 135 min 906 dollar məbləğində ziyan vurulub.

Anar Mahmudovun faktiki olaraq rəhbərlik etdiyi "Cartburq NC" şirkəti bu iki il ərzində dövlətə 25 milyon 949 min 577 dollar ziyan vurub.

Həmin şirkətin Anar Mahmudova məxsus olması şirkətin rəsmi rəhbəri Ayaz Kərimovun onunla mesajlaşmaları zamanı da təsdiqlənib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"İlhamə Quliyevanın mahnılarını toyxanalarda oxumayın" - aparıcı Lamiyyə

29 Aprel 2017 20:05

Bikinidə qolf oynadı - FOTO

29 Aprel 2017 20:05

Hamiləlik zamanı USM ziyanlıdırmı?

29 Aprel 2017 20:05

Maşın aşdı: ər-arvad yaralandı

29 Aprel 2017 20:04

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

29 Aprel 2017 20:03

Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında

29 Aprel 2017 20:03

Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

29 Aprel 2017 20:01

Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı

29 Aprel 2017 19:59

İmişlidə qəza: avtomobil aşdı, ər və arvad...

29 Aprel 2017 19:58

Boynumuz niyə xırçıldayır və ağrıyır?

29 Aprel 2017 19:58

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29 Aprel 2017 19:58

Fəhləlikdən neft milyonçuluğuna gedən yol – Murtuza Muxtarovun həyatı

29 Aprel 2017 19:57

Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"

29 Aprel 2017 19:57

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri

29 Aprel 2017 19:57

Finlandiyalı gimnast: Bakıdakı tamaşaçılar enerji verirlər

29 Aprel 2017 19:55

Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

29 Aprel 2017 19:55

Açılmayan Marian çökəkliyi sirləri

29 Aprel 2017 19:50

Günəbaxan tumu alarkən nələrə diqqət edilməlidir?

29 Aprel 2017 19:50

Telegram-da məhsul sifariş etmək mümkün olacaq

29 Aprel 2017 19:50

Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO

29 Aprel 2017 19:49

Artıq tamah baş yarar – HEKAYƏ

29 Aprel 2017 19:49

"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik

29 Aprel 2017 19:49

Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib

29 Aprel 2017 19:48

Lissabonda “World Press Photo” sərgisi açılıb

29 Aprel 2017 19:48

Uşağı namaza həvəsləndirmək məqsədilə...

29 Aprel 2017 19:48

İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

29 Aprel 2017 19:44

"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"

29 Aprel 2017 19:44

Adınınz "A", yaxud "B" hərfi ilə başlayırsa

29 Aprel 2017 19:36

Hamiləlikdən sonra arıqladı - FOTO

29 Aprel 2017 19:32

Volvo yeni XC60 təqdim etdi - FOTO

29 Aprel 2017 19:27

Tikintidə işləyən fəhlələrə ŞAD XƏBƏR - Pensiya və əlillik dərəcəsi almaq...

29 Aprel 2017 19:23

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə

29 Aprel 2017 19:22

Həzrət Davudun çıxartdığı qeyri-adi hökm

29 Aprel 2017 19:22

Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

29 Aprel 2017 19:21

“11 qol hücumçu üçün gülməli rəqəmdi” – Roman Qriqorçuk

29 Aprel 2017 19:17

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

29 Aprel 2017 19:13

Hamilə aktrisa əri və qızı ilə - FOTO

29 Aprel 2017 19:13

Azərbaycanlı oliqarx övladlarının dəbdəbəli həyatı FOTOLARDA

29 Aprel 2017 19:13

Rusiya haqda inanılmaz faktlar

29 Aprel 2017 19:13

Məşhurların uşağlıq FOTOLARI

29 Aprel 2017 19:12

Premyer Liqa başa çatdı, sonuncu avrokubok yolçusu “Zirə” oldu - YENİLƏNİB

29 Aprel 2017 19:12

Görmə qüsuru olanlar üçün xüsusi eynək

29 Aprel 2017 19:12

“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda

29 Aprel 2017 19:12

“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov

29 Aprel 2017 19:12

Azərbaycanda qadın müəllim zorla qaçırıldı

29 Aprel 2017 19:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

29 Aprel 2017 19:07

Albanın yeni klubu müəyyənləşdi

29 Aprel 2017 19:05

Əməkdar artist xanımı ilə Kanadada - FOTO

29 Aprel 2017 19:05

"İstanbullu gəlin", "Arka sokaklar", yoxsa "Aşk ve Mavi"? - dünənin reytinqi

29 Aprel 2017 19:05

Əsl boşanma səbəbi məlum oldu - əri hər gün içirmiş

29 Aprel 2017 19:05