Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 yaşlı uşağın qolu ətçəkən maşında qalıb

3 yaşlı uşağın qolu ətçəkən maşında qalıb

Date: 26 November 2016 14:47

Masallıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb. Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ qolu dirsəyinə qədər ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu  dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
   
Xəstəxanadan APA-ya bildirilib ki, qolu ət maşınında qalan 2013-cü il təvəllüdlü Şahanə Pərviz qızı Əsgərovadır. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır şəkildə zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan onun Bakıya göndərilməsi tövsiyə olunub.

Milli.Az


Tags:  yaşlı uşağın qolu ətçəkən maşında qalıb

RƏYLƏR


Top news