Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Vicdan haqqı” serialının Kamili xəstəxanalıq oldu - ÇƏKİLİŞLƏR DAYANDIRILDI

“Vicdan haqqı” serialının Kamili xəstəxanalıq oldu - ÇƏKİLİŞLƏR DAYANDIRILDI

Əməkdar artistin beyninə qan sızdı (17 Mart 2017 14:13)
Xəstəxanada olan Hicran Nəsirova: "Qışqırdım, səsimə qızım gəldi" (17 Mart 2017 13:05)
Murad Bozun eks-sevgilisi xəstəxanalıq oldu - FOTO (23 Fevral 2017 16:12)

Tarix: 26 Noyabr 2016 14:48

ATV-də yayımlanan “Vicdan haqqı” serialının baş qəhrəmanı Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Yunisin səhhətində problemlər yaranıb. Xəstəxanaya düşən aktyora görə serial çəkilişləri təxirə salınıb.

Publika.az-a açıqlama verən aktyor hazırda Gəncədə müalicə aldığını deyib: “Ayağımda ağrılar vardı, yeriməyə çətinlik çəkirdim. Məcbur olub serial çəkilişlərini dayandırdım. Sağ olsunlar, mənə görə bir həftə çəkilişlər təxirə düşdü. Həkimlər deiyr ki, sinir ağrılarıdır, onurğamda sürüşmə var, bir həftə müalicə kursu təyin olunub. Əgər müalicə ilə keçməsə, təcili əməliyyat olumalıyam”.

Aktyor xəstəxanada başına gələn bir hadisəni də danışıb: “Xəstəxanada idim, qəfildən bir kişi üstümə yeridi ki, Allah sənin cəzanı verdi. Bir qadını orda gözüyaşlı qoymusan, birini burda. Başa düşdüm ki, serialda oynadığım Kamil obrazına görə kişi mənə qəzəblidir”.

Qeyd edək ki, aktyor “Vicdan haqqı” serialında iki arvadı olan Kamil obrazını canlandırır.

Cəvahir


Teqlər:  Vicdan haqqı serialının Kamili xəstəxanalıq oldu ÇƏKİLİŞLƏR DAYANDIRILDI



RƏYLƏR


Top xəbərlər