Bəyi toy günü həbs etdilər, gəlin acığa düşüb... - FOTO

Bəyi toy günü həbs etdilər, gəlin acığa düşüb... - FOTO
14:53 26 Noyabr 2016
301 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Batman bölgəsində şərti cəzası olan Orhan Çelik adlı şəxs öz toy günü həbs olunub.

Publika.az xəbər verir ki, polis əməkdaşları toya gələrək, bəyi həbs ediblər. Buna səbəb icazə vaxtının tamam olmasına baxmayaraq, həbsxanaya getməməsi olub.

Bəyin qardaşı Şahabettin Çelik polislərə bəyi toydan sonra aparmalarını xahiş etsə də, bu, qəbul olunmayıb. Hətta bəyin əvəzinə 10 nəfərin girov kimi saxlanılması istəyi də yerinə yetirilməyib.

Lakin bəyi tutsalar da, toy yarımçıq kəsilməyib. Gəlin Hülya Çelik tək başına toyda əyləşib.

Gəlin bəyə “səni çox sevirəm, ömrü boyu gözləyəcəm” mesajını da verib.

Nəriman





Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR