Balinaların tez-tez suyun səthinə çıxmalarının səbəbi bəlli oldu

Balinaların tez-tez suyun səthinə çıxmalarının səbəbi bəlli oldu
15:22 26 Noyabr 2016
180 Dünya
Ölkə mətbuatı
A- A+

Balinaların hansı səbəbdən tez-tez su üzünə çıxdıqları məlum oldu.

Milli.Az technote.az-a istinadən xəbər verir ki, Avstraliyanın bir neçə universitetindən olan alimlər müəyyən ediblər ki, donqar balinalar bir-biriləri ilə su səthinə etdikləri zərbələr vasitəsilə ünsiyyət saxlayırlar. Donqar balinalar tez-tez suyun səthinə çıxaraq ona kürəkləri və ya quyruq üzgəcləri ilə zərbələr vururlar. Alimlər balinaların bu hərəkətlərini, onların hansı funksiyaları yerinə yetirdiklərini öyrənmək üçün müşahidə ediblər. Tədqiqat çərçivəsində 94 qrup balinaların davranışları müşahidə olunub. Müşahidə zamanı onların yanında digər balinaların olub-olmadığı və ətraf mühit də nəzərə alınıb. Edilmiş müşahidələrin əsasında alimlər güman ediblər ki, kürəklər və quyruq üzgəcləri ilə suyun səthinə zərbə vurmaq, digər balinalar ilə ünsiyyət saxlamaq vasitəsidir. Bu hərəkətlərin tezliyi, balinalardan ibarət qrupun 4 km-dan aralıda yerləşdikləri zaman aşağı düşür. Alimlərin fikrincə, bu ünsiyyət üsulu həmçinin uzaqda olan balinalar qrupu ilə də keçərlidir. Məsələn, onların miqrasiyası kimi uzaqda yerləşmələri prosesini misal gətirmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR