Məşqçi: "Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır" - FOTO

Məşqçi: "Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır" - FOTO
15:22 26 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır. Bunu Trend-ə qazaxıstanlı məşqçi Yelena Belus deyib.

Məşqçinin sözlərinə görə, hazırda Bakıdakı Milli Gimnastika Arenasında onun yetirmələri - Qazaxıstan yığmasının üzvləri məşq edirlər:

"Bakıda dəfələrlə olmuşam, buna görə də buraya - mənə yaxşı tanış olan zala gəlirəm. Bakıdakı arena möhtəşəmdir. Burada bədii gimnastika üçün fantastik şərait var və hər şey detallarına qədər nəzərə alınıb. Halbuki, bir çox yerlərdə buna o qədər də fikir verilməyib. Buraya ona görə gəlirəm ki, haraya gəldiyimi bilirəm - təlim-məşq prosesi ilə yanaşı, qalma, mehmanxana, tibbi xidmət, fiziki prosedur baxımından yaxşı şəraiti təmin edən peşəkarların yanına gəlirəm. Bizim gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır. İlk növbədə, onlar rəqiblərini və liderləri görürlər, digər tərəfdən, burada bizdə olmayan şərait var və bu səbəbdən bacarığımızı artırırıq".

Qazax gimnastların gələn ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında mümkün iştirakına gəlincə, Y.Belus bildirib ki, bununla bağlı qərarı Qazaxıstan Olimpiya Komitəsi qəbul edəcək:

"Biz Oyunlarda iştirak etmək istərdik, çünki bu, gücümüzü yoxlamaq və özümüzü göstərmək üçün daha bir böyük imkandır. Həmçinin, apreldə Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyimizə ümid edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR