"Mançester Siti"nin müdafiəçisi Vensan Kompani daha bir ay zədəsini sağaltmaqla məşğul olacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Xosep Qvardiola müdafiənin mərkəzində Fernandinyo və Sanyanı sınaqdan keçirmək istədiyini bildirib. Katalon mütəxəssis Yaya Turenin daha çox hücuma kömək etməsini istəyir.
Qeyd edək ki, Kompani bu il 6-cı dəfə zədələnib. "Mançester Siti" karyerasında belçikalı müdafiəçi toplam 35 həftə zədəli olub.
Milli.Az