Putin: “Fidel Kastro müasir dünya tarixinin azadlıq rəmzidir”

Putin: “Fidel Kastro müasir dünya tarixinin azadlıq rəmzidir”
15:28 26 Noyabr 2016
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Kuba rəhbəri Fidel Kastronun ölümü ilə əlaqədar Kuba xalqına və hökumətinə başsağlığı verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident Vladimir Putin Kuba prezidenti Raul Kastroya başsağlığı teleqramı göndərib.

Başsağlığı müraciətində prezident Vladimir Putin Fidel Kastronu “müasir dünya tarixinin azadlıq rəmzi” adlandırıb: “Cənab Kuba prezidenti Raul Kastro, Kuba İnqilabının lideri, böyük qardaşınız olan Fidel Kastronun ölümündən dolayı sizə və bütün Kuba xalqına ən dərin başsağlığı diləklərimi çatdırıram. Bu dahi dövlət adamının adı haqlı olaraq müasir dünya tarixində “müasir dövrün azadlıq və inqilab simvolu” kimi qeyd olunur. Məhz onun dövründə Kuba azad və müstəqil dövlət, Kuba xalqı isə beynəlxalq cəmiyyət halına gəlib. Kuba inqilabı bir çox ölkə və xalqlar üçün ilham qaynağı olub”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR