İranda dəmiryolu qəzası ilə bağlı üç nəfər saxlanılıb

İranda dəmiryolu qəzası ilə bağlı üç nəfər saxlanılıb
15:52 26 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ İran Dəmiryolları Şirkətinin üç əməkdaşı ölkənin Semnan əyalətindəki sərnişin qatarlarının toqquşması ilə əlaqədar həbs edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, qəza dünən yerli vaxtla saat 07:40-da Şahrud şəhərinin yaxınlığında baş verib. Qatarlardan biri platformada dayandığı zaman digər qatar ona çırpılıb. Toqquşma nəticəsində 4 vaqon relsdən çıxıb, daha iki vaqon alışıb. Məlumata görə, hərəkət edən qatarda 400 sərnişin olub. Son məlumatlara əsasən, hadisə nəticəsində 45 nəfər həlak olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-demiryolu-qezasi-ile-bagli-uc-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR