Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Özbəkistan avtomobil brendi Bakıda 4 yeni modelini təqdim edib

Özbəkistan avtomobil brendi Bakıda 4 yeni modelini təqdim edib

Date: 26 November 2016 16:12

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda Özbəkistanın yeni avtomobil brendi olan “Ravon”un təqdimatı keçirlib. 
“Report”un məlumatına görə, “Ravon” Özbəkistanın məşhur avtomobil brendi olan “UZ-Daewoo”nun yenilənmiş brendidir.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib ki, rəsmi Daşkənd Azərbaycanla əməkdaşlığa böyük önəm verir: "Azərbaycan Özbəkistanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır".
Qeyd edək ki, “Ravon” Özbəkistanda 10 ilə qədər “Chevrolet” avtomobilləri istehsal edən “General Motors-Uzbekistan”la birgə istehsal edilib. Hazırda Özbəkistan avtomobil sənayesində dünyanın 12 ölkəsinə ixrac edilən 20-dən artıq müxtəlif avtomobil növu istehsal edilir. Həmin avtomobillər “General Motors" yanaşı, Almaniyanın “MAN” və Yaponiyanın “Isuzu” şirkətləri ilə ortaq istehsal edilib.
Bakıda təqdimat zamanı “Ravon”un 4 əsas modeli nümayiş etdirilib. Onlar “Ravon R”, “Ravon Nexia”. “Ravon Gentra” və “Ravon R4” modelləridir. 
Təşkilatçıların “Report”a verdiyi məlumata görə, təqdim edilən avtomobillərin start qiyməti 12 min manat olacaq. Avtomobillər həm nağd, həm kredit, həm də lizinqlə satılacaq. 







Tags:  Özbəkistan avtomobil brendi Bakıda yeni modelini təqdim edib

RƏYLƏR


Top news