Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Jurnalistlərin Röyanın konsertinə buraxılmamasına aydınlıq gətirilib

Jurnalistlərin Röyanın konsertinə buraxılmamasına aydınlıq gətirilib

Röyanın yataq görüntüləri yayıldı (06 Mart 2017 17:53)

Tarix: 26 Noyabr 2016 16:17

Bakı. 26 noyabr. REPORT.AZ/ Əməkdar artist Röya Ayxanın produseri Kənan Bayramov müğənninin Heydər Əliyev Sarayında keçirilən konsertinə mətbuatın buraxılmaması haqda məlumatlara aydınlıq gətirib.  
K.Bayramov “Report”a açıqlamasında deyib ki, konsert mətbuat üçün qapalı deyil. 
Onun sözlərinə görə, Röyanın əvvəlki konsertində mətbuatın iştirakı ilə bağlı bəzi problemlər yaranıb: “Əvvəlki konsertdə saraya qeydiyyatsız daxil olan jurnalistlər tamaşaçıların yerlərində əyləşmişdilər. Bu da problemlər yaratmışdı. Bunun qarşısını almaq üçün bu dəfə akkreditasiyadan keçməyən jurnalistlər konsertə buraxılmayıblar".
Qeyd edək ki, noyabrın 25-də Heydər Əliyev Sarayında R.Ayxanın 3 günlük konsert proqramı başlayıb. Konsert ayın 27-də yekunlaşacaq. Bir qrup jurnalist müğənninin çıxışını izləmək istəsə də, onlar konsertin keçirildiyi məkana buraxılmayıblar. 

Teqlər:  Jurnalistlərin Röyanın konsertinə buraxılmamasına aydınlıq gətirilib



RƏYLƏR


Top xəbərlər