Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Murad Boz yeni filmi ilə Bakıya gələcək - fotolar

Murad Boz yeni filmi ilə Bakıya gələcək - fotolar

Date: 26 November 2016 16:46

Türkiyəli müğənni Murad Bozun rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsi baş tutacaq.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir:

"Təqdimat yanvarın əvvələrinə nəzərdə tutulub. Hələ tarixlə bağlı dəqiq məlumat olmasa da, Murad Bozun Bakıya gəlişi gözlənilir".

“Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq. 

Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sak olacaq. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir. Filmdən ilk fotolar bu gün yayılıb.





Tags:  Murad Boz yeni filmi Bakıya gələcək fotolar

RƏYLƏR


Top news