Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Date: 26 November 2016 16:57

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. 
“Gözyaşı Geceləri” adlı teatr komandası Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilib.
Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.


Tags:  Türkiyədə teatr aktyorları qəzaya düşüb nəfər ölüb nəfər yaralanıb

RƏYLƏR


Top news