Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AGİ-nin Texniki komitəsinin üzvü: "Azərbaycanda qadın idman gimnastikasının inkişafı üçün baza var" - FOTO

AGİ-nin Texniki komitəsinin üzvü: "Azərbaycanda qadın idman gimnastikasının inkişafı üçün baza var" - FOTO

Date: 26 November 2016 17:27

Azərbaycanda qadın idman gimnastikasının inkişafı üçün çoxlu istedadlı uşaq və zəruri baza var.

Bunu Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) qadın idman gimnastikası üzrə Texniki komitəsinin üzvü, ikiqat Olimpiya çempionu Lyubov Burda deyib.

Onun sözlərinə görə, olimpiadalardan sonra hər dörd ildə idman gimnastikası qaydaları yenilənir:

"Bizim gəlişimizin məqsədi sizin məşqçi və hakimlərə növbəti Olimpiya Oyunlarında tətbiq olunacaq bütün yenilikləri çatdırmaqdır. Həmçinin, bizimlə birgə mütəxəssis, Rusiyanın gənclər yığmasının məşqçisi və gimnastı gəlib. Məqsəd sizin məşqçilərin tanış olması və öyrənməsi üçün yeni texniki elementləri və texniki hazırlıq üzrə digər nüansları nümayiş etdirməkdir".

L.Burda qeyd edib ki, Rusiya nümayəndə heyətinin Bakı ilə bağlı xoş təəssüratları var:

"Məsələ burasındadır ki, heç də hər şəhər və ölkədə belə yaxşı gimnastika zalı yoxdur. Burada bütün gimnastika növlərinin cəm olması və hamının bir-birinə kömək etməsi çox xoşuma gəldi. Burada çoxlu gənc məşqçilərin olması, onların tanış olması yaxşı haldır. Azərbaycanda çoxdandır qadın idman gimnastikası olmayıb və indi bu idman növünü yenidən yaratmaq qərarına gəliblər. Lakin bu elə idman növüdür ki, burada tələsmək olmaz. İnkişaf üçün baza yaratmaq lazımdır, buna isə vaxt tələb olunur. Azərbaycanda belə baza və həm yaradıcılıq, həm də fiziki baxımdan çox istedadlı uşaqlar var".

Milli.Az





Tags:  AGİ-nin Texniki komitəsinin üzvü Azərbaycanda qadın idman gimnastikasının inkişafı baza var FOTO

RƏYLƏR


Top news