"Niyə futbolçu karyeramı başa vurum?"

"Niyə futbolçu karyeramı başa vurum?"
17:32 26 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın kapitanı Françesko Totti futbolçu karyerasını başa vurmağı düşünmür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 40 yaşlı hücumçunun özü bildirib.

"Əvvəlcədən lap dəqiq bir şey deyə bilmərəm. Çünki futbolda çox gözlənilməzlik olur. Psixoloji və fiziki cəhətdən özümə əminəm. Bundan da artığını edə biləcəyimə inanıram. Belə olan halda niyə karyeramı başa vurum?"

Qeyd edək ki, F.Tottinin "Roma" ilə hazırkı müqaviləsi mövsümün sonu başa çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR