İran Azərbaycandakı akrobatikanın yüksək inkişaf səviyyəsinə çatmaq istəyir - FOTO

İran Azərbaycandakı akrobatikanın yüksək inkişaf səviyyəsinə çatmaq istəyir - FOTO
17:37 26 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

İranda Azərbaycandakı kimi akrobatika gimnastikasının yüksək inkişaf səviyyəsinə çatmaq istəyirlər.

Bunu Trend-ə İran Gimnastika Federasiyasının Akrobatika komitəsinin katibi Kərim Məhəmmədzadə deyib.

Onun sözlərinə görə, məşqçi və hakimlərdən ibarət nümayəndə heyəti Bakıya məhz Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə gəlib:

"Biz İranda akrobatika gimnastikasını sıfırdan inkişaf etdirmək istəyirik. Biz Bakıya burada necə məşqlər keçirildiyinə, uşaqlarla işin necə aparıldığına baxmaq üçün gəlmişik. Həmçinin, burada hakim kursları keçirik. Ümid edirik ki, tez bir vaxtda Azərbaycandakı kimi belə yüksək səviyyəyə çata biləcəyik".

O qeyd edib ki, nümayəndə heyətinin bütün üzvləri Azərbaycana ilk dəfədir gəliblər və gördüklərindən razıdırlar:

"Bizi burada çox yaxşı qarşıladılar, hamımıza kömək edirlər, bütün suallara cavab verirlər. Bizə belə imkan yaratdıqlarına görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bakıda gimnastikanın inkişafı üçün çox yüksək səviyyədə şərait yaradılıb, qısa müddətdə böyük uğurlar əldə olunub. Biz çoxdandır Azərbaycana gəlmək, yerli məşqçilərdən öyrənmək istəyirdik".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR