Manatın üzərindəki sirli rəqəmlər və Bakıdan Üsəma bin Ladenə göndərilən mesaj

Manatın üzərindəki sirli rəqəmlər və Bakıdan Üsəma bin Ladenə göndərilən mesaj
18:03 26 Noyabr 2016
942 Ölkə
Ölkə mətbuatı
A- A+

Fidel Kastro da öldü, artıq Amerika daha bir “düşməni” azaldı. Nə az, nə çox, düz 90 yaşında torpağa tapşırdıq. Amma özü çox istəyirdi ki, onu yandırsınlar. Səbəbi yəqin ki, inancında gizlənib.

Fidel Kastro öldü - meyiti yandırılacaq

Sonuncu əfsanə dünyasını dəyişdi



Kuba xalqı kədər içindədir, amma ən çox kədərlənənlərdən biri də güman ki, Obamadır. O, çox istəyərdi ki, Fideli də, ölkəni idarə edən qardaşı Raulu da ərəblərin sırasına qatsın.

Bir gün məşhur boksçu Məhəmməd Əli ilə görüşən Fidel ona çənəsini uzadaraq, zarafatla “vur” deyir.

“Amerika səni devirə bilmədi, mən bunu necə bacarım”.

Boksçunun cavabı möhtəşəm idi. “Amerikanın devirə bilmədiyi adam”. Ölümündən sonra onu ən çox bu sözlərlə yada salmaq olar.

Yüzlərlə arvadı, onlarla bic uşağı, saysız-hesabsız məşuqələri olan Kubanın “atası” artıq həyatda yoxdur.

Fidel Kastro haqqında ŞOK GİZLİNLƏR: 100 arvad, onlarla bic uşaq, məşuqələr... -FOTO\VİDEO

Kuba rəhbəri Fidel Kastronun şəxsi həyatının ətrafında qalmaqallar daha çoxdur, nəinki "inqilab atası"nın coşqun siyasi həyatı.

Dünya yenə də Amerikaya qaldı, onun həyatı boyu mübarizə apardığı ölkəyə. Ölümündən sonra Fidelin birbaşa şəxsi həyatı gündəmə gəldi. Halbuki, zamanında onun haqqında kitab yazan yaxın dostu, “KQB”-nin istefada olan general-leytenantı Nikolay Sergey Leonova belə deyirdi: “Mənim siyasi fəaliyyət haqqında hər şey iyaz. Burada mənim heç bir sirrim yoxdur. Amma şəxsi həyat mənim tək var-dövlətimdir”.

Deyəsən, Fidelin var-dövləti həddindən artıq çox olub. Əslində, burada təəccüblü heç nə yoxdur. Hər şeyi şişirdən bir az da oxuculardır. Misal üçün, sizə “400 məşuqəsi üçün şəhərcik tikən narkobaron” haqqında danışsam, inanarsınız?

400 məşuqəsinə şəhərcik tikdirən prezidentliyə namizəd - İnanılmaz “Milyonçu” - FOTO



Söhbət Pablo Eskobardan gedir. O da Fidelin qonşuluğunda, Kolimbiyada yaşayırdı. Amma artıq ikisi də ölüdür.

Bizim oxucularsa, torpağa verdiyimiz bu iki şəxsin özləri haqqında yox, arvadlarından danışırlar. Guya heç belə şeyi nə eşidib, nə də görüblər. Halbuki, Bakının ortasında 5-6 arvadı olan, onlarla qadını siğə etdirərək saxlayanlarımız da var.

Bakıda ailə dəhşəti: “Ərimin məndən başqa 5-6 arvadı vardı” - XXI ƏSR - FOTO



Hətta sevgisini pulun üzərində elan edənlərimiz də az deyil. Bu həftə xəbər çıxdı ki, manatın üzərində hamını qorxuya salan yazı tapılıb. Açıb oxuyuram xəbəri. 20 manat əsginasın üzərində belə yazılıb: “Ay Love Al-Qaida”. Yəni “mən Əl-Qaidəni sevirəm”.

Manatın üzərindəki yazı hamını qorxuya saldı: Marketlər puldan imtina etdi - FOTO



Hətta deyirlər ki, mağazalar belə üzərində bu yazı olan əsginası qəbul etmək istəmirlərmiş. Axırda pulun sahibi onu “bankomat”ından çıxartdığı banka qaytararaq, dəyişdirib. İndi yəqin ki, “Əl-Qaidə” yazılan pul bütün “bankomat”ları bir-bir gəzərək, yenə də kiminsə qabağından çıxacaq. Amma, qorxmaq lazım deyil.

Bizim insanların yazı-pozu üçün ürəkləri gedir. “Əl-Qaidə”yə sevgi mesajı göndərən də ya yuxuda tez-tez Üsəma Bin Ladeni görür, ya da həqiqətən də sevgilisinin adı “Al-Qaida”dır. Nə bilmək olar?! Bunları bir tərəfə qoyaq, mən manatın üzərində borc hesabı tutan adam görmüşəm. Bəzən pulların üzərində elə sirli işarələr olur, adamın yadına masonlar düşür. Halbuki, bu işarələr kəndəki çobanın qoyunlarının sayı, hansısa qızın yazdığı sevgilisinin nömrəsi, ya da yazı yazmağa yer tapmayanların cızma-qarası olur.

Bəzən özümüzü, lap elə Çin yumurtası kimi aparırıq.

Satışda saxta Çin yumurtası: MÜTLƏQ OXUYUN!

Amma yumurtanı ayırmaq çox çətin olacaq.

Çöldən çox maraqlı görünürük, içəri isə bomboşdur.

***

O gün yadplanetlilər haqda xəbəri oxuyurdum.

İnsanların yadplanetlilər tərəfindən qaçırılması haqqında 5 FAKT - VİDEO/FOTO



Qonaqlarımız da var idi.

56 yaşlı “Məcnun"un 32 yaşlı anası 280 manat maaşla “Porsche” sürür - FOTO/VİDEO

"Vallah mənim yaxşı pulum olsa bütün günü efirlərdə olaram"

Söhbət xəyanətdən düşdü. Deyirlər ki, insanların peşələrinə görə xəyanət edib-etmədiyini müəyyən etmək olurmuş. Guya həkimlərdən tutmuş, yanğınsöndürənlərə qədər hamısı xəyanətkardırlar.

Həyat yoldaşınız bu peşənin sahibidirsə, deməli sizə xəyanət edir - ARAŞDIRMA (FOTO)

Aparılan araşdırmalara görə, bəzi peşə sahibləri həyat yoldaşına daha çox xəyanət edir və yalan danışır.

Müzakirələrin ortasında söhbət evlilik verilişlərindən də düşdü və son qərar belə oldu ki, bu məsələ yenə başımıza bəla olacaq.

3 qat dünya çempionunun xatirəsi qəribə şəkildə yad edildi - VİDEO

3 qat dünya çempionunun xatirəsi qəribə şəkildə yad edildi - VİDEO

Məncə, heç nədən qorxmaq lazım deyil, bircə bu qışdan başqa...

Dəhşətli qış bizi gözləyir: ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Avropada son 100 ilin ən soyuq qışı olacaq xəbəri yəqin ki, yadınızdadır.

Nəriman


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR