Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağcabədidə qəzada iki nəfər xəsarət alıb

Ağcabədidə qəzada iki nəfər xəsarət alıb

Date: 26 November 2016 18:22

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. 

Hadisə nəticəsində xəsarət alanlar Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseynov Vasif Zahid oğlunun vəziyyəti ağırdır. Həkimlər onu ağız və burun nahiyəsində baş vermiş əzilmədən sonra başlayan qanaxmanı dayandırmaq üçün əməliyyata götürüblər. 

1982-ci il təvəllüdlü Cəfərov Anar Məzahir oğlu isə keçirdiyi qəzadan şoka düşüb. 
 
V. Hüseynov və A. Cəfərovu xəstəxanaya çatdıran şəxslər onların avtomobil qəzası nəticəsində xəsarət aldıqlarını bildiriblər. 
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Tags:  Ağcabədidə qəzada iki nəfər xəsarət alıb

RƏYLƏR


Top news