Kuba inqilabının lideri, dünyanın ən məşhur siyasətçilərindən və dövlət xadimlərindən biri Fidel Kastro Rus 90 yaşında Havanada vəfat edib.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, onun vəsiyyətinə uyğun olaraq Kastronun cəsədi kremasiya ediləcək.
Fidel Kastro 1959-2006-cı illərdə Kubanı idarə edib. 2006-cı ildə müayinə zamanı ağır xəstəlik aşkarlandığından "Komandante" Fidel vəzifəsini tərk edərək hakimiyyəti kiçik qardaşı Raul Kastroya vermişdi.
O vaxtdan bəri Fidel Kastro nadir hallarda məqalələr yazır, jurnalistlərin qarşısına çıxırdı.
Milli.Az