Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Xalça Muzeyində Ailə günü - FOTO

Azərbaycan Xalça Muzeyində Ailə günü - FOTO

Date: 26 November 2016 19:12

Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin "Açıq qapı" günü çərçivəsində "Ailə günü" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Ailə günü" tədbirinin keçirilməsində əsas məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olaraq, muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayıblar.

"Ailə günü" adlı tədbirdə iştirakçılara "İstedad sənsən" − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqəsi, öz xalçanı yarat (kompüter proqramı), xalça pazlını yığ, öyrən və əylən, mini ekskursiyalar - Azərbaycan adət-ənənəsində xalçanın rolu mövzusunda (azərbaycan, ingilis və rus dillərində) mini ekskursiya, nağıl saatı−uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, kukla teatrı − "Cırtdanın nağılı" adlı tamaşa, HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat - psixokorreksiya metodikası olaraq ailədaxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması, Azərbaycan cizgi filmlərini izlə, ustad dərsləri, özün rənglə-rəngli kağızlardan oyuncaqlar düzəlt, dekorativ əl işləri hazırla - burada iştirakçılara telefon koburalarını, pulkisələrini və digər aksesuarları hazırlamağı öyrədilib həmçinin Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırla, çay daşları üzərində rəsm, dekorativ bəzək əşyaları hazırla - burada qonaqlar qolbağlar, çələnglər və breloklar hazırlayıb, "Tilda" kuklasını yarat, boşqab üzərində rəsm çək və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.

Həmçinin məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan - görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən söz açıb.

Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkib və Elçin Əliyev tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılıb.

Milli.Az









Tags:  Azərbaycan Xalça Muzeyində Ailə günü FOTO

RƏYLƏR


Top news