Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu üçün infeksiya təhlükəsi yaranır. Qanitirmə zamanı orqanizmin müqaviməti aşağı düşüdüyünə görə infeksiyanın inkişaf etməsi üçün əlverişli şərait yaranır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ona görə də əməliyyat olunmuş zahı qadına xüsusi diqqət və qayğı lazımdır. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:
* xəstənin aseptika qaydalarına ciddi əməl olunmalıdır
* bədənin temperaturu nəzarətdə saxlanılmalıdır
* zahının nəbzinə nəzarət edilməlidir
* vaxtaşırı arterial təzyiq yoxlanılmalıdır
* süd vəzilərinin funksiyasına diqqət yetirilməlidir
* süd vəzilərinə qulluq edilməlidir
* əmizdirmədən qabaq döşün giləsinə diqqət yetirilməlidir
* düzgün əmizdirilməyə, döşün sağılmasına nəzarət olunmalıdır
* bağırsaq və sidik kisəsinə ciddi nəzarət olunmalıdır
* zahının qidalanma və yuxu rejimi qaydasında olmalıdır
* müntəzəm olaraq mama-ginekoloqa vəziyyət barədə məlumat verilməlidir
Milli.Az