Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda “Ceylo”nu maşın vurdu – FOTO

Bakıda “Ceylo”nu maşın vurdu – FOTO

Date: 26 November 2016 19:27

Bakıda cinsi azlığın nümayəndəsini vuran avtomobil hadisə yerindən uzaqlaşıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yol qəzası Maştağa qəsəbəsində baş verib.

Qəsəbədə "Dörd yol" kimi tanınan ərazidə 1977-ci il təvəllüdlü Bədəlov Ceyhun Arif oğlunu avtomobil vurub. Sürücü avtomobili saxlamayaraq, ərazidən uzaqlaşıb. Xəsarət alan C.Bədəlov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ceyhun Bədəlovun verdiyi məlumata görə, onu "VAZ 2107" markalı avtomobil vurub.

Ceyhun Bədəlov Maştağa şossesində "Ceylo" ləqəbi ilə tanınır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Milli.Az





Tags:  Bakıda Ceylonu maşın vurdu FOTO

RƏYLƏR


Top news