Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arıqlamağa kömək edən, orqanizmi təmizləyən QIZIL YARMA

Arıqlamağa kömək edən, orqanizmi təmizləyən QIZIL YARMA

Date: 26 November 2016 19:57

Qədimdə darı yarması çox populyar idi. Təəssüf ki, hal hazırda bu faydalı müalicəvi məhsul az istifadə olunur.

Darı yarması çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində müxtəlif vitaminlər (B, A, E, PP), minerallar (dəmir, maqnezium, kalium, kalsium, ftor, mis), aminturşuları, zülallar var.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, darı yarması qidalı liflərlə zəngindir. Bu liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopduraraq çölə çıxardır. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir.

Bəzi alimlərin fikirinə görə, darı yarması orqanizmdən dərmanları (xüsusilə antibiotikləri) xaric etməyə kömək edir. Bu səbəbdən tez-tez dərmanlar qəbul edən insanlar qidalanmasına bu yarmanı daxil etməlidir.

Darı yarması müalicəvi məhsul sayılır. Darı yarması ürək-damar sistemi üçün çox faydalıdır - qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.

Milli.Az


Tags:  Arıqlamağa kömək edən orqanizmi təmizləyən QIZIL YARMA

RƏYLƏR


Top news