Dərinizi ölü hüceyrələrdən təmizləyin

Dərinizi ölü hüceyrələrdən təmizləyin
20:05 26 Noyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəriyə uzun müddət qulluq olunmadıqda ölü hüceyrələr yaranır. Bu zaman üz dərisi solğun görünür, qırışlar əmələ gəlir. Ev şəraitində hazırlayacağınız maskalarla dərinizi ölü hüceyrələrdən xilas edə bilərsiniz.

Milli.Az axşam.az-a istinadən maskaları təqdim edir:

Yulaflı maska

1 xörək qaşığı yulafı kasaya tökün. Vanna otağında olarkən nəmlənmiş dərinizi onunla sürtün.

Qəhvə qarışığı

İçdiyiniz qəhvənin çöküntüsünü tullamayın. Bir qaba töküb, üzərinə 200 ml. badam yağı əlavə edin. Vanna otağında olanda üzünüzü onunla sürtün. Bunu hər gün etməklə dərinizi ölü hüceyrələrdən təmizləyəcəksiniz.
 
Ballı qarışıq

Bir xörək qaşığı bal, iki üyüdülmüş badam, bir neçə damcı limon suyu götürüb qarışdırın. Üzünüzə sürtüb, barmaqlarınızla masaj edin. Sonra soyuq su ilə yuyun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR