Türkiyəli məşhurlar Özcan Deniz və Nurgül Yeşilçay Bakıdadılar.
Axşam.az-ın məlumatına görə, onlar rol aldıqları "İkinci şans" filminin qala gecəsinə qatılıblar.
Nizami Kino Mərkəzində baş tutan tədbirdə ekran işində rol alan Mesut Can Tomay da iştirak edib.
Əvvəlcə sevənləri ilə şəkillər çəkdirib, avtoqraf paylayan aktyorlar onlara ünvanlanan sualları da cavablandırıblar. Bakıya ilk dəfədir gələn Nurgül hələ şəhəri gəzmək imkanının olmadığını deyib.
Aktyorlar daha sonra tamaşaçılarla birlikdə film izləyiblər.